Bakı və Abşeronda toz dumanı müşahidə olunur

14:42 04.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olan toz-dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur.

Bunu Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib: "Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır”.

G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.