Yazını böyüt
Yazını kiçilt
Bakıda 13 yaşlı qız ana olub.
Bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb.
K.Ağazadənin sözlərinə görə, 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib:
"Qız xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır,13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməyini xahiş edir".
Mərkəz rəhbəri bildirib ki, qız ona təcavüz edilməsi nəticəsində hamilə qaldığını deyib.