Bakıda 29 yaşlı qadın doğuşdan sonra öldü - FOTO

15:26 26.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 29 yaşlı qadın doğuşdan sonra ölüb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evində baş verib. 1993-cü il təvəllüdlü Ellazova Aygül Sahib qızının vəziyyəti doğuşdan sonra kəskinləşib və o vəfat edib.

 Hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyi bildirilir.

Hadisə ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, qadının yeni dünyaya gətirdiyi körpəsinin səhhəti normaldır.