Bakıda axtarışda olan şəxs "Maşın bazarı"nda özünü partladıb, polislər xəsarət alıb

19:16 27.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Bu barədə Musavat.com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Səbail rayonu, “Maşın bazarı” adlanan ərazidə axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Hadisə zamanı onu zərərsizləşdirmək istəyən 3 polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 643