Bakıda daha bir məktəb əyani tədrisə qayıdıb

16:38 02.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 323 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bu barədə hafta.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Oxunma sayı 28