Bakıda gənc qız özünü körpüdən atdı

09:00 16.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Sabunçu rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

 

Hafta.az xəbər verir ki, hadisə "Sabunçu körpü"sü kimi tanınan yerdə baş verib.

 

Belə ki, 2009-cu il təvəllüdlü Abbaszadə Nailə Pərviz qızı özünü körpünün üzərindən yerə atıb. O, ağır kəllə-beyin travması və çox saylı sınıq xəsarətləri alıb.

 

Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə çatdırılıb.