Bakıda karantin rejimini pozan kafe aşkarlanıb

17:04 17.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, "Cənub” kafesində 15 nəfərin "14 fevral" gününü qeyd etməsi aşkarlanıb. 

İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokollar tərtib olunub.