Bakıda körpəsini zibil yeşiyinə atan qadının kimliyi bilindi -YENİLƏNİB

10:00 18.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 10-15 günlük körpə küçəyə atılıb.

Hafta.az-ın məlumatına görə, aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.

Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.

Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarında əks olunub.

***

 

Bakıda 10-15 günlük körpə küçəyə atılıb.

Hafta.az xəbər verir ki, iyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətə uşaq aşkar edilib.

Daha sonra körpə 1 saylı Körpələr evinə yerləşdirilib.

Körpənin bədəninin üzərində hər hansı xəsarət izləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.