Bakıda mağaza yanıb - YENİLƏNİB

20:10 07.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mağazada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən operativ şəkildə söndürülüb.

Hafta.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğın nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 26 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan geyim mağazasının zirzəmi hissəsində 30 kv.m sahədə geyim əşyaları və lambirdən ibarət tavan 60 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

*** 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mağazada yanğın olması barədə məlumat daxil olub.

Hafta.az-ın xəbərinə görə, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Görülmüş operativ və çevik müdaxilə nəticəsində yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinin qarşısı alınmaqla söndürülüb.