Bakıda minik avtomobili yanıb

09:21 25.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Suraxanı rayonunda “Saipa" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər sərnişin tüstüdən zəhərlənmiş halda avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 2260