Bakıda qayınata keçmiş kürəkənini döydü

13:58 13.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonunda keçmiş qohumlar arasında mübahisə baş verib.

Hafta.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Elşən Mehdiyev küçəsində qeydə alınıb.

1964-cü il təvəllüdlü Cəfərov Namiq Mədət oğlu keçmiş kürəkəni, 1989-cu il təvəllüdlü Mahmudov Elgün Rüstəm oğlu ilə mübahisə edib. Əlbəyaxa davaya çevrilən mübahisə zamanı N.Cəfərov keçmiş kürəkənini döyərək ağır xəsarət yetirib.

Dava zamanı xəsarət alan hər iki şəxs 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Yaralılara başın əzilmiş-cırılmış yaraları diaqnozu qoyulub.

İlkin məlumata görə, mübahisə aliment məsələsi üstündə yaranıb.