Bakıda restoran yandı

18:31 05.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda restoranda yanğın olub.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 150 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) bir otağında 1 ədəd kondisioner, 1 ədəd televizor qismən və elektrik otağında 2 ədəd sayğac, 1 ədəd tənzimləyici və 2 ədəd qoruyucu açar yanıb.

Obyektin qalan hissəsi və bina yanğından müafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.