Bakıda restoranda yanğın olub

09:38 14.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, ümumi sahəsi 658 m² olan restoran kimi fəaliyyət göstərən ikimərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən mətbəxdə 4 ədəd soyducu qismən yanıb.

Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.