Bakıda tozlu hava müşahidə olunur

09:19 05.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri və Abşeron yarımadasının atmosfer havasında sinoptik şəraitlə əlaqədar gecə saatlarından başlayaraq toz müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova hafta.az-a bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1,2- 1,4 dəfə artıqdır.

“Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”, -deyə qeyd olunub.