Bakıda uşaq bağçasından oğurluq oldu

12:27 24.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nərimanov rayonunda uşaq bağçasının damından 1 200 manat dəyərində naqil oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki inzibati binaların birindən 50 ədəd pəncərə, pəncərə çərçivələri və 60 metr naqil, bir uşaq bağçasının damından isə 1 200 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini R.Şirinov saxlanılıb.

Araşdırma aparılır.