Yazını böyüt
Yazını kiçilt
COVİD-19 virusunun yayılmasının qarşısını alınması məqsədi ilə şəhər nəqliyyatında da qabaqlayıcı tədbirlər davam etdirlir.
Bakı Nəqliyyat Agentliyindən hafta.az-a verilən məlumata görə, müntəzəm marşrut xətləri ilə yanaşı vətəndaşların istifadə etdiyi nəqliyyat infrastrukturlarında da dezinfeksiya işləri aparılır.
Bu çərçivədə "Azadlıq" meydanı, eləcə də Mirzəağa Əliyev və Məhəmməd Füzuli küçələri arasındakı yeraltı avtomobil qarajları da xüsusi dərman məhlulları ilə dezinfeksiya edilib.