“BakıKart”ın balansını artırmaq asanlaşır

16:39 08.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sərnişinlərin “BakıKart”ın balansını avtobus dayanacaq məntəqəsindən kənarda da artıra bilməsi üçün tədbirlər davam etdirilir.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) hafta.az-a verilən məlumata görə, bu çərçivədə “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1354-ə çatdırılıb.

 

Əlavə olaraq, daha 62 terminalın da inteqrasiyası üçün iş aparılır. Bununla sərnişinlər artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKartın” balansını artıra biləcəklər.

Oxunma sayı 32