Bakının bir hissəsində su olmayacaq

11:18 15.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakı şəhəri Xətai rayonunun bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.

“Azərsu” ASC-dən hafta.az-a verilən məlumata görə, Xətai rayonu Məhəmməd Hadi küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.