Bakının bu rayonlarında su olmayacaq - XƏBƏRDARLIQ

20:01 17.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının üç rayonunda suyun verilişində məhdudiyyət olacaq.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar aprelin 18-də gün ərzində Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.