Bakının magistral yollarında sürət həddi endirilib

16:42 10.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etmələri, həmçinin meteoroloji amilləri nəzərə almaları tövsiyə edilib.