Bakı şəhər Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin mərkəzi küçəsinin, yəni Sabunçu Rayon İcra Hamiyyəti yerləşən binadan Bakıxanov Qəsəbəsi dəmiryol stansiyasına qədər mərkəzi yol iki aya yaxındır ki, əsaslı təmir edilib.
Hər iki marşrut yolu boyunca yaşıl qazon, ağac və kollar əkilib. Hər gün həmin ərazi su maşınları vasitəsi ilə sulanılır, ağaclara qulluq edilir.Həmin ərazidəki Səməd bəy Mehmandarov küçəsi boyunca hər tərəfə yaşıl qazon salınıb. Hər gün bu yaşıllıqlara ətrafdakı obyektlər tərəfindən də xüsusi diqqət və qayğı göstərilir. Lakin sözügedən küçədə fəaliyyət göstərən “Bazar store” marketi və Beynəlxalq Bankın filalının qarşısındakı vəziyyət heç də ürəkaçan deyil. Ərazidə eyni vaxtda salınmış yaçıllıqlarla müqayisədə bu iki obyektin qarşısındakı ərazi boz səhranı xatırladır.
Yaşılıq həm gözəllik, həm sağlamlıq, həm də təmiz hava deməkdir. Bu yaşıllıqlara xidmət isə hər birimizin borcudur.