“BakuBus”la bağlı yeni qərar

14:38 15.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev “BakuBus” MMC-nin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

 

Hafta.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, bundan sonra Cəmiyyətin icra orqanının üzvlərini, o cümlədən rəhbərini Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edəcək.

 

Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.