Bal yarmarkasının keçiriləcəyi TARIX AÇIQLANDI

15:37 23.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bakıda bal yarmarkası gələn ay təşkil ediləcək. Bunu hafta.az-a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı artıq Kənd Təsərrüfatı Nazirliyi ilə razılıq əldə olunub: "Yarmarkanın açılışı oktyabrın 20-də olacaq. Artıq hazırlıq işlərinə  start verilib. Bu istiqamətdə görüləcək işlər çərçivəsində yarmarkanın neçə gün davam edəcəyi də müəyyənləşdiləcək. Yarmarkaya 100 ton məhsul çıxarılması planlaşdırılır. Bazara məhsul çıxaran İştirakçıların sayı isə 250 nəfər olacaq".

Yarmarkada hansi qiymətlərin təklif olunacağına gəlincə, B.Həsrətov bildirib ki, bu barədə konkret fikir söyləmək çətindir:"Qiymətləri bazar tənzimləyir. Amma bizim proqnozlarımıza görə, ötən illərlə müqayisədə bu il qiymət ucuz olmalıdır. Çünki bu il istehsal ötən illərlə müqayisədə daha yüksəkdir".

Oxunma sayı 1503