Balakəndə ev yanıb

21:31 16.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakəndə yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Gərəkli kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli kürsülü evin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.