Bankomat qarşısında insan sıxlığı - FOTO

17:45 06.04.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Xüsusi karantin rejimi şərtləri daxilində şəhərin ayrı-ayrı istiqamətlərində müşahidələr aparırıq. Bəzən elə vəziyyətlə qarşılaşırıq ki, sanki ölkədə koronavirus kimi pandemiyanın yayılma təhlükəsi yoxdur. İnsanlar təhlükə olə bağlı açıqlanan heç bir tövsiyyəyə əməl etmirlər.

Sabunçu rayonun Bakıxanov qəsəbəsindəki “Bazar store”  marketinin yanında, Beynəlxalq Bankının filalı yerləşən binanın qarşısında çox sayda insan toplu halında dayanıb bankomatdan pul çıxarırdılar. Hamı bir-birinə çox yaxın dayanmışdı. Aralarında maskası olmayanlar da vardı. Bir sözlə, sakinlər  aralı məsafədə dayanıb bir-birindən qorunmurdular. 

Daha sonra Yeni Günəşli qəsəbəsində olduq. Sözügedən qəsəbədə də sakitçilik idi, küşələrdə tək-tək adamlar görünürdü. Yollarda polislər avtomobilləri yoxlayırdılar.

Gəlin özümüzü özümüzdən qoruyaq ki, bu xəstəlikdən də tez xilas ola bilək.