Baş nazir Əli Əsədov Antiqua və Barbudadan olan həmkarı ilə müzakirə aparıb

11:34 12.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braunla söhbət edib.

Nazirlər Kabinetindən hafta.az-a bildiriblər ki, söhbət zamanı Azərbaycan ilə Antiqua və Barbudanın beynəlxalq təşkilatlarda əməkdaşlıq etdikləri bildirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.