Baş Prokurorluq: Bakıda insana məxsus olduğu ehtimal edilən sümüklər tapılıb

17:27 20.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 19-u saat 11 radələrində Nəsimi rayonu ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə hafta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Fakla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.