Baş Prokurorluq Lənkəranda şagirdə qarşı fiziki zorakılıq hərəkətləri ilə bağlı məlumatlar yayılıb

13:57 17.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb.

Baş Prokurorluqdan hafta.az-a bildiriblər ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilib.

Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul olunması və ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir.