Batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

23:09 11.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 11-də "Şüvəlan" və “Yevlax” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, xilasetmə əməliyyatı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılıb.