Yazını böyüt
Yazını kiçilt
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, ABŞ prezidenti Co Bayden martın 3-də Vaşinqtonda Almaniya kansleri Olaf Şolsu qəbul edəcək. Bu barədə “Reuters” məlumat yayıb.
Jan-Pyerin qeyd etdiyi kimi, Şolzun ABŞ-a bu səfəri Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından sonra ilk səfər olacaq.
"Kanslerin səfəri ABŞ və NATO üzrə müttəfiqimiz Almaniya arasında dərin dostluq bağlarını bir daha təsdiqləmək üçün fürsətdir", - Ağ Evin sözçüsü bildirib.