Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden fahişələrə, narkotiklərə və pornoqrafiyaya 872 min dollar xərcləyib. Bu barədə “Newsweek” məlumat yayıb.
Hanter Baydenin xərcləri məlumatları vergidən yayınma iddiası ilə bağlı məhkəmə sənədlərində yer alır. Onun “narkotiklərə, müşayiətçilərə, qızlara, dəbdəbəli otellərə və kirayə əmlaklara, ekzotik avtomobillərə, geyimlərə və digər şəxsi əşyalara - bir sözlə, vergilərdən başqa hər şeyə” yüz minlərlə dollar xərclədiyini qeyd edirlər.
Məhkəmə sənədlərində qeyd olunan bütün xərclər 2016-2019-cu illər arasında, yəni Co Baydenin ABŞ prezidenti seçilməsindən əvvəl həyata keçirilib.
Hanter Bayden əvvəllər vergidən yayınmaqda ittiham olunub. Onu 17 ilə qədər həbs gözləyir.