Əbu Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed əl-Nahyan, Birleşmiş Ərəb Əmirliklərinin (BƏƏ) koronaviris pandemiyasının təhlükəsindən xilas olduğunu və həyatın normal axarına döndüyünü elan edi.
Hafta.az-ın WAM-a istinadən yazdığına görə, Şeyx Məhəmməd bin Zayed bu haqda şəxsi instgram səhifəsində yazıb. O, qeyd edib ki, ölkəsi pandemiya ilə mübarizədə əhəmiyyətli uğurlar qazanıb və çox vacib dərslər götürüb. Əmirliklər normal yaşama başladığı üçün Allaha şükr etdiklərini vurğulayan Şeyx Məhəmməd bin Zayed fikirlərini bu cür davam etdirib: "Həyatımızın normala dönməsi lazımdır. Bəlkə bu halda son iki ildə alışdığımız bəzi tərzlər bir az dəyişər. İşimizdə, övladlarımızın təhsilində və ya çölə çıxmaq, insanları görmək kimi özəl həyatımızda bəzi dəyişikliklər edəcəyik”.
Qeyd edək ki, BƏƏ-də ötən ay 2 metrlik sosial məsafə saxlama qaydaları saxlansa da, gözəllik salonlarının, klinikaların, xalqa açıq yerlərdəki idman meydançalarının, çimərliklərin və açıq üzgüçülük hovuzların fəaliyyətinə icazə verilib.
Məlumat üçün deyək ki, dünənə olan məlumata görə, Birləşmiş Ərəb Əmirliklərində iki doza aşı vurduranların ümumi sayı ölkə əhalinin 85 faizinə yaxındır.
Xatırladaq ki, BƏƏ-də dünənədək ümumilikdə 738 min nəfər koronavirusa yoluxub, 2107 nəfər bu xəstəlikdən vəfat edib.