BƏƏ-dən çılğın layihə: Santorini Abu Dabiyə köçdü

09:29 23.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Yunanıstanın məşhur Santorini adasının imitasiyası kimi tikilmiş istirahət mərkəzi haqqında məlumat yayıb.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, fevral ayında Abu Dabidə açılan Anantara Santorini Resort şəhər mərkəzindən təxminən bir saatlıq məsafədə yerləşir.

Xəbərlərdə “Aralıq dənizi fantaziyasının məhsulu” kimi qələmə verilən oteldə ən ucuz gündəlik yaşayış qiyməti adambaşına 800 dollardır.

Otelin meneceri Raçid Bakas, layihədə Yunanıstanın 200 kilometr cənub-şərqində yerləşən Santorinidən ilham aldıqlarını ifadə edərək, "Yanımızda dənizin rəngini görürsünüz, qurduğumuz konsept həqiqətən güclüdür. Santorini bu məkana həqiqətən uyğundur, dizaynı mükəmməl edən budur" deyib.

Eyni anda 44 müştəri qəbul edə bilən “Anantara Santorini” ümumilikdə 22 otaqdan ibarətdir. Oteldə siqar dequstasiyası üçün xüsusi salon, həmçinin kinoteatr, spa və hovuz var. Qonaqlara çimərlikdə yoqa seansları kimi fəaliyyətlər də təklif olunur. 

Qonaqların sakitlikdən həzz almasını hədəflədiklərini söyləyən Bakas, belə davam edib: "Xüsusi təcrübə təqdim edirik. Bu, sizə axtardığınız intim və şəxsi mühiti təmin edir. Əslində bu, Santorinidə ola bilməyəcəyiniz bir gizlənmə yeridir. Çünki ada xüsusilə yay aylarında çox sıx olur".

Otelin digər özəlliyi də yaş məhdudiyyəti tətbiqidir. Hətta ailə qohumları və valideynləri onları müşayiət etsə belə, 18 yaşına çatmamış şəxslərin qalmasına icazə verilmir.

Bununla belə, oteldə Santorinidəki saf ağ evlərin yaratdığı imicini qorumaq üçün gərgin iş aparılır.

Bakas deyib ki, iki işçi müntəzəm olaraq divarlardakı ləkələri silmək və boyanı təzə saxlamaq üçün işləyir. Onlar xarici boyanı təzə saxlayır və müştərilər gedəndə otaqların içini yenidən rəngləyirlər. Bakas xüsusilə rəng fərqlərinin görünməməsi üçün çox vasvası iş görüldüyünü bildirib.

Oxunma sayı 254