BƏƏ səfiri "Ümid yeri" uşaq sığınacağında olub

11:22 26.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Təhsil Nazirliyi tərəfindən "Xeyirxah səfirlər" adlı humanitar layihə Azərbaycanda da davam etdirilir.
 
Bu ölkənin Azərbaycandakı səfirliyindən Hafta.az-a verilən məlumata görə, layihə çərçivəsində bir qrup şagird və onların rəhbərləri, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Məhəmməd əl-Qubaisi Bakıda yerləşən "Ümid yeri" uşaq sığınacağında olublar. Qonaqlar sığınacaqdakı uşaqların əl işləri ilə tanış olub, onlara müxtəlif hədiyyələr paylayıblar.