BƏƏ üçüncü dəfə BMT İnsan Haqları Şurasının üzvü seçilib

12:45 15.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) BMT Baş Məclisinin Nyu Yorkdakı qərargahında keçirilən iclasında 2022-2024-cü illərdə bu təşkilatın İnsan Haqları Şurasının üzvü seçilib. 
Hafta.az-ın yazdığına görə, bu barədə məlumatı BƏƏ Prezidentinin Diplomatik məsələlər üzrə sözçüsü Dr. Ənvər Karkaş şəxsi "twitter" səhifəsində yazıb. Cənab Karkaş bildirib ki, səsvermə zamanı BƏƏ-nin lehinə 180 səs verilib. Bu da öz növbəsində BƏƏ-də qadınların azad hüquqlara malik olduqlarını, insanlarla adil rəftarı və əmək qüvvələrinin hüquqlarının qorunması sahəsində görülən işlərə verilən yüksək qiyməti göstərir. 

BƏƏ-nin Nyu Yorkdakı nümayəndə heyəti, şuraya seçilmiş bütün ölkələri təbrik edərək insan haqlarını inkişaf etdirmək və qorumaq üçün birlikdə çalışmaq istədiklərini bildirib. 

Qeyd edək ki, BƏƏ 2013 - 2015, 2016 - 2018-ci il dönəmlərində də İnsan Haqları Şurasının üzvü olub. 

Oxunma sayı 360