Belarus könüllülərinin Kastus Kalinovski adına batalyonunun əsgərləri Rusiya snayperini əsir götürüblər. O, dindirilib və tibbi yardım göstərilib. Məhkumun ortağı döyüşdə həlak olub.
Hafta.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Ukrayna tərəfində döyüşən belaruslu könüllülər batalyonun telegram-kanalında məlumat yayıblar.
Belaruslular tərəfindən yayılan videoda gözləri bağlı, əlləri arxadan bağlanmış şəxs Ukrayna müdafiəçilərin suallarını cavablandırır.
O, adının Vladislav Litovçenko olduğunu, Rusiya Federasiyasının Krasnodar diyarından, Novovladimirskaya kəndindən olduğunu bildirib.
Əsir onların poliqona göndərildiyi barədə hazırladığı "nağıl"ı danışmağa başlayıb:
"Mən bura qatarla gəldim. Əvvəlcə dedilər ki, poliqona -təlimə gedirik. Sonra bizi Armyansk qəsəbəsindən sonrakı stansiyada boşaltdılar və hərbi silahlar verməyə başladılar".
- "Bura necə gəldin? Bura yaxşıdırmı?" - belaruslar soruşublar.
- "Əslində yox" -deyə rus göz yaşları içində cavab verib.
Hərbçilərin icazəsi ilə əsir anası Natalya Nikolayevna Litovçenkoya salamlarını çatdırıb.
"Ananı sevirsən?"- deyə belarus döyüşçülər əsirdən soruşublar. Müsbət cavab aldıqdan sonra əlavə ediblər: "Necə düşünürsən, burdakı yerlilər valideynlərini sevmirlər? Bəs niyə gəlmisən bura?"
Snayper cütlüyünün tərkibində olan rus deyib: “Bizi göndəriblər”.