Yazını böyüt
Yazını kiçilt
Rusiya Minski “İsgəndər” kompleksi, onun üçün raketlər, həmçinin S-400 zenit-raket kompleksi ilə təmin edib. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Regional Qüvvələr Qrupunun Belarus hissəsini təchiz etmək üçün Rusiya tərəfi bizə lazımi raket ehtiyatı olan “İsgəndər” operativ-taktiki raket sistemini verdi. S-400 uzaqmənzilli zenit-raket kompleksi də təhvil verilib. Bu, nəhəng silahdır”, - Lukaşenko bildirib.