Belarus Rusiyaya birləşməyəcək - Lukaşenko

15:13 25.10.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Belarusun Rusiya Federasiyasına qoşulması məsələsi heç vaxt gündəmə gətirilməyib, çünki bu, “mümkün deyil və praktiki deyil”.

Hafta.az xəbər verir ki,  Rusiyanın iz.ru saytının məlumatına görə, bu barədə  Belarus prezidenti Aleksandr Lukaşenko danışıb.

"Belə bir sual heç vaxt verilməyib", - deyə Belarus rəhbəri Kazanda keçirilən “BRİKS” sammiti çərçivəsində Rusiya jurnalistlərinə müsahibəsində bildirib.

Lukaşenkonun sözlərinə görə, Boris Yeltsinin prezidentliyi dövründə respublikanın Rusiya Federasiyasının tərkibinə daxil olmasının mümkünlüyü barədə danışılıb, lakin bu qərar yersiz hesab edilib. Onun sözlərinə görə, hər iki ölkə üçün ən yaxşı variant Rusiya və Belarusun ittifaq dövlətidir.

"Və bizim iki suveren dövlətə malik olmaqla, İttifaq Dövlətində belə sıx əlaqələr qurmaq, bu Birlik Dövlətini yaratmaq üçün kifayət qədər mütəxəssislərimiz var", - deyə Lukaşenko izah edib.

Hafta.az xatırladır ki, hələ 2015-ci ildə Belarus prezidenti nüfuzlu “Bloomberg” saytına müsahibəsində də eyni suala cavabında daha qəti danışmışdı.

“Bilirsinizmi, keçmişdə belə ehyamlar olub və mən onlara çox sərt reaksiya göstərmişəm... Siyasətçilərin və jurnalistlərin iddialarına baxmayaraq, Putinin “imperiya ambisiyaları” yoxdur”- deyə Lukaşenko bildirmişdi.