Belarusda növbəti hərbi təlimlər

12:01 21.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Belarusiyada döyüş hazırlığının yoxlanılması çərçivəsində hava hücumundan müdafiə qüvvələri ilə mexanikləşdirilmiş bölmə ərazinin təhlükəsizliyini və müdafiəsini işləyəcək.

Bu barədə Respublika Müdafiə Nazirliyinin mətbuat xidməti Telegram-da məlumat yayıb.

“Silahlı Qüvvələrin döyüşə hazırlığının davam etdirilən yoxlanışı çərçivəsində hava hücumundan müdafiə bölmələri tərəfindən gücləndirilmiş mexanikləşdirilmiş birləşmənin hərbi hissələrindən biri təyin olunmuş əraziyə irəliləyib”, - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Nazirlikdən verilən məlumata görə, şəxsi heyət ərazinin mühafizəsi və müdafiəsinin, mühəndis texnikasının təşkili də daxil olmaqla bir sıra döyüş hazırlığı tapşırıqlarını yerinə yetirəcək. Bundan əlavə, maddi-texniki təminat və texniki təminat üzrə kompleks tədbirlər həyata keçiriləcək.