Belçika İrandan 40 il iş kəsilmiş vətəndaşının iadəsini tələb edir

10:15 19.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Belçika hökuməti İranda 40 il həbs cəzasına məhkum edilmiş belçikalı Olivye Vandekastilin ekstradisiyası üçün rəsmi müraciət edib.

Hafta.az-ın yazdığına görə, Belçikanın xarici işlər naziri Hadja Lahbib Twitter hesabında iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşündə Vandekastilin ekstradisiya tələbini rəsmi olaraq ona çatdırdığını bildirib.

Lahbib həmçinin Vandecasteelenin saxlanma şəraitini pislədiyini bildirib.

Vandekastil İranda "casusluq, çirkli pulların yuyulması və valyuta qaçaqmalçılığı" ittihamları ilə mühakimə olunub və 8 ay saxlanıldıqdan sonra 40 il həbs cəzası alıb.

Ailəsi onun səhhətinin pisləşdiyini bildirib və Amnesty İnternational tərəfindən Vandekastilin ölkəsinə ekstradisiya edilməsi üçün petisiya kampaniyası təşkil edib.

Belçika Federal Məclisi ötən ilin iyulunda İranla məhbus mübadiləsinə icazə verən sazişi ratifikasiya edib. Müxalifət razılaşmanı tənqid edərək, bunun “terrorçuluq” ittihamı ilə Antverpen Məhkəməsi tərəfindən 20 il həbs cəzasına məhkum olunmuş iranlı diplomat Əsədullah Əsədin xilası kampaniyasının bir hissəsi olduğunu bildirib. Bundan sonra müqavilənin ləğvi üçün Konstitusiya Məhkəməsində iddia qaldırılıb və Məhkəmə martın 3-də etirazı rədd edib. Beləliklə, Belçikada həbsdə olan iranlı diplomat Əsədullah Əsədi ilə Vandekastilin mübadiləsinə yol açılıb.