Bələdiyyə seçkilərində indiyə qədər 755 nəfərin namizədliyi qeydə alınıb

15:57 21.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 29-da keçiriləcək Bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək müvafiq dairə seçki komissiyalarına 15 min 886 nəfər müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclası zamanı sədr Məzahir Pənahov açıqlayıb.

O qeyd edib ki, həmin iddiaçılardan 6 min 889 nəfəri imza vərəqələrini götürüb.

Ümumi bələdiyyələr üzrə 755 nəfərin namizədliyi qeydə alınıb, lakin onlardan biri vəfat etdiyi üçün 754 nəfər qalıb.