Türkiyədə martın 31-də keçirilən yerli seçkilərdə Sakarya Geyvə mahalının bələdiyyə sədri seçilən Səlcuq Yıldız xidməti avtomobilini satışa çıxarıb.
Hafta.az-ın yazdığına görə, Yenidən Rifah Partiyası adına cəmi 11439 səslə seçkini qazanan Yıldız, seçki kampaniyası zamanı verdiyi qənaət vədini tutmaq üçün ilk addımı atıb. Sosial mediada edilən açıqlamada bələdiyyə rəhbərliyinin israfçılığın qarşısının alınması və qənaətlə bağlı qətiyyətli münasibəti vurğulanıb.
Bələdiyyə sədri Yıldızın sosial media hesabından verdiyi açıqlamaya görə, bələdiyyənin maliyyə intizamını təmin etmək və resurslardan səmərəli istifadə etmək əzminin ilk addımı onlara məxsus lüks avtomobili satışa çıxarmaq olub. Yıldız, "Seçkidən əvvəl xalqımıza verdiyimiz “israflığa son verəcəyik”' sözünü yerinə yetiririk. Məmnuniyyətlə bildirirəm ki, bələdiyyəmizin qənaət siyasətləri çərçivəsində bələdiyyəyə məxsus lüks “Mercedes” markalı avtomobil satışa təqdim olunur”. Bu addım bələdiyyə rəhbərliyinin əmanət və maliyyə intizamına nə qədər ciddi yanaşdığını göstərir.
Səlcuq Yıldız bələdiyyənin maliyyə qaynaqlarının daha səmərəli idarə olunması üçün gələcəkdə görüləcək qənaət tədbirlərinə də toxunub. O, bələdiyyənin maliyyə sağlamlığını qorumaq və xalqın xidmətinə daha çox vəsait ayırmaq üçün oxşar qənaət tədbirlərinin davam edəcəyinə bildirib.