Bərdədə qanunsuz saxlanılan 7 tüfəng götürülüb

10:48 27.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan müxtəlif markalı 7 ədəd tüfəng aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar aparılır.