Berdyanskda şəhər komendantının avtomobili partladılıb

19:32 06.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada Rusiya ordusunun nəzarətində olan Berdyanskda şəhər komendantının avtomobili partladılıb.

Hafta.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Berdyanskda şəhər komendantı Artyom Bardinə məxsus avtomobil partladılıb, o, ağır vəziyyətdə reanimasiyadadır.

Bundan əvvəl hərbi jurnalist Andrey Tsaplienko işğal altındakı Berdyanskda rusların təyin etdiyi şəhər komendantının olduğu avtomobilin partladıldığı barədə məlumat yayıb. Hadisə şəhər administrasiyasının binasında baş verib. Partlayışdan sonra bir saat ərzində avtomatik partlayış səsləri eşidilib.