Bəşər Əsəd Abxaziyanın qondarma “xarici işlər” “nazir”ini qəbul etdi və...

18:25 14.12.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Suriya Abxaziyanın müstəqilliyinin ərəb ölkələri tərəfindən tanınmasının genişləndirilməsi üçün hər cür səy göstərəcək”.

Bunu Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə Abxaziyanın xarici işlər naziri İnal Ardzinba ilə görüşü zamanı bildirib.

Hafta.az xəbər verir ki, “İnterfaks”ın yaydığı məlumata görə, onun sözlərini Abxaziya XİN-in media mərkəzi sitat gətirib.

“Tərəflər Abxaziya və Suriya iqtisadiyyatlarının inkişafı üçün xarici investisiyaların cəlb edilməsi ilə bağlı məsələləri də müzakirə ediblər. Arzinba Suriya prezidentinə Abxaziya rəhbərliyinin ölkədə əlverişli investisiya mühitinin yaradılması istiqamətində həyata keçirdiyi tədbirlər, investorlarla fəal iş barədə məlumat verib.

"Rusiya və Belarus investorları ilə Abxaziya-Suriya birgə işinin aktuallığı qeyd edilib", - məlumatda belə deyilir.

Qeyd olunur ki, Arzinba dekabrın 10-dan Suriyada işgüzar səfərdədir. Abxaziyanın  qondarma “xarici işlər nazirliyi” bildirir ki, Əsədlə görüş prezident sarayında baş tutub.

Mənbənin sözlərinə görə, görüş zamanı Əsəd 2024-cü ildə Abxaziyaya səfər etmək dəvətini qəbul edib.

Suriyanın baş naziri Hüseyn Arnous ilə görüşündə Arzinba Abxaziyanın Dəməşqlə gömrük, kənd təsərrüfatı, ticarət və humanitar əlaqələrin inkişafına dair sektoral sazişlər imzalamaqda maraqlı olduğunu açıqlayıb.

Suriya hökumətinin başçısı Abxaziyanı gələn ilin avqust-sentyabr aylarında keçiriləcək Dəməşq beynəlxalq yarmarkasında iştirak etməyə dəvət edib.