Betonqarışdıran maşın aşdı

17:33 04.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda betonqarışdıran avtomobil aşıb.

 

Hafta.az-ın xəbərinə görə, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında baş verib.

 

Məlumata görə, hərəkətdə olan betonqarışdıran maşın dönmə hərəkətini yerinə yetirən zaman aşıb. Nəticədə  avtomobilin içərisində olan beton yola dağılıb.

 

Faktla bağlı araşdırma aparılır.