Beyləqanda ev yanıb

10:38 21.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqanda evdə yanğın hadisəsi baş verib.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Beyləqan rayonunda ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.