Yazını böyüt
Yazını kiçilt
Beyləqanda pambıqdan kütləvi zəhərlənmə olub.
Hafta.az xəbər verir ki, pambıq yığımı ilə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. İlkin müayinələr aparılıb. Vəziyyətləri kafidir.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.