Yazını böyüt
Yazını kiçilt
Beyləqanda zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti stabildir.
Hafta.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzinin (TƏBİB) Mətbuat katibi Zamirə Adilova deyib.
O bildirib ki, həmin şəxslər hazırda stasionar nəzarətdədir:
"Vəziyyətləri stabildir, gün ərzində həmin şəxslər ambulator müalicə üçün evə buraxılacaqlar".
Xatırladaq ki, Beyləqan rayonunda 15 nəfər pambıq sahəsində pambıq yığarkən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.