Beynəlxalq Aspendos Opera və Balet Festivalı 13-26 sentyabrda keçiriləcək

09:55 10.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Dövlət Opera və Balet Baş İdarəsi tərəfindən bu il 31-ci dəfə təşkil edilən Beynəlxalq Aspendos Opera və Balet Festivalı 13-26 sentyabr tarixlərində keçiriləcək. Festivalın açılışı 13 sentyabr cümə günü, saat 21.00-da Dövlət Opera və Balet Baş İdarəsinin əsas əsərlərindən olan “Aida” operası ilə keçiriləcək.

Hafta.az-ın yazdığına görə, festival Serik rayonundakı Aspendos Antik Teatrında keçiriləcək. Açılış mərasimində soprano Cuana Jelezyova və tenor Valter Frakkaronun çıxış etdiyi “Aida” operası olacaq. Üç pərdəli əsər Ankara və Antalya DOB sənətçiləri tərəfindən səhnələşdiriləcək. Əsərin rejissoru Vinsenzo Qrisostomi Travaglini, orkestrin dirijoru Lorenzo Kastriota, xor dirijoru Mahir Seyrək olacaq. Əsərdə “Aida” obrazını Cuana Jelezyova, “Radames”i isə Valter Frakkaro ifa edəcək.

16 sentyabr saat 21.00-da orkestr dirijoru Lorenzo Kastriota Skanderbeqin rəhbərliyi ilə sopranolar Çiğdem Soyarslan və Dilan Ayata, mezzo-soprano Ezgi Karakaya, bariton Faiq Mansuroğlu və tenor Mert Süngünün çıxışları ilə “Opera Qala Gecəsi” baş tutacaq.

Festival 26 sentyabr saat 21.00-da Antalya DOB-un səhnələşdirdiyi “Toska” operası ilə bağlanacaq.

Rejissor Yiğit Günsoyun quruluş verdiyi əsərdə məşhur tenor Paolo Lardizzone “Cavaradossi”, Nurdan Küçükəkməkçi isə “Floria Tosca” obrazını canlandıracaq. Baş rollarda solistləri dirijor Lorenzo Kastriota rəhbərliyində Antalya və İzmir DOB orkestrləri və xor dirijoru Mahir Seyrek rəhbərliyi altında Antalya DOB xoru müşayiət edəcək. Əsərin dekoru və kostyumu Gülden Sayıl, xoreoqrafiyası Özge Ay, işıqlandırma dizaynı isə Mustafa Eski olacaq.